AZ

19 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC Şamaxı yollarında gücləndirilmiş rejimdə çalışır » AzadMedia.az


Qeyri-sabit hava və yağan qar nəticəsində Şamaxı rayonu ərazisində bir sıra avtomobil yollarında buzlanma qeydə alınıb. Mövcud vəziyyətlə əlaqədar olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən 19 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı İdarəsi MMC dərhal operativ tədbirlərə başlayıb.

Hazırda idarənin işçi heyəti və xüsusi texnikası Şamaxı–Dəmirçi avtomobil yolunun 20-ci kilometrliyində, Rəsədxananın qarşısında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə yola qum-duz məhlulu səpir. Bununla yanaşı, Şamaxı–Çuxuryurd, eləcə də Dəmirçi–Nağaraxana avtomobil yollarında da buzlanma müşahidə olunur və həmin ərazilərdə də intensiv şəkildə qum və duzlama işləri aparılır.

Qeyd edək ki, 19 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin kollektivi, rəhbər Nazim Eynallının tapşırıq və nəzarəti altında, çətin hava şəraitində hər zaman üzərinə düşən vəzifələri yüksək məsuliyyətlə yerinə yetirir. İdarə hər zaman olduğu kimi, bu gün də yol hərəkəti iştirakçılarının təhlükəsizliyini prioritet hesab edərək gecə-gündüz fasiləsiz fəaliyyət göstərir.

Hazırda bütün texnika və canlı qüvvə tam səfərbər olunub, buzlanma olan sahələrdə vəziyyət nəzarət altındadır və işlər davam etdirilir.
Seçilən
2
3
azadmedia.az

4Mənbələr