AZ

Azərbaycanın xarici investisiyalar üzrə kəsiri 1,2 milyard dollar olub

BAKI, 15 dekabr. TELEQRAF

Cari ilin yanvar-sentyabr aylarında birbaşa xarici investisiyalarla bağlı Azərbaycanın xalis kəsiri təxminən 1,2 milyard dollar təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın Statistika Departamentinin direktoru Samir Nəsirov Tədiyə balansının açıqlamasına dair keçirilən brifinqdə bildirib.

"Azərbaycanın iqtisadiyyatına bu dövrdə 4,7 milyard dollarlıq birbaşa xarici investisiya cəlb edilib. Bunun qarşılığında ölkədən kapital ixracı həyata keçirilib və bu da 5 milyard dollar təşkil edib. Eyni dövrdə Azərbaycan dövlətinin strukturları xarici iqtisadiyyatlara 2 milyard 38 milyon dollarlıq birbaşa xarici investisiya yatırıb", - o əlavə edib.

Seçilən
106
teleqraf.com

1Mənbələr