Bakı. Trend:
Çinin “China Eastern Airlines” hava yolları şirkəti dünyanın ənuzun məsafəli kommersiya aviareysini uğurlu şəkildə həyata keçirib.12400 mil məsafəni əhatə edən hava reysi ümumilikdə 29 saatçəkib.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Şanxaydan qalxan “Boeing 777-300ER” təyyarəsi sontəyinat nöqtəsi olan Buenos Ayresə (Argentina) çatana qədər yanacaqdolumu və ekipaj üzvlərinin rotasiyası məqsədilə Ouklendddə (YeniZelandiyada) eniş edib.
Yeni aviamarşrut üzrə uçuşların il ərzində həftədə iki dəfəolmaqla yerinə yetiriləcəyi və Çinlə Cənubi Amerikanın ən irişəhərlərini birləşdirəcəyi bildirilir.