AZ

Yaşar Nurinin xanımı qızının vəfatından DANIŞDI: “Bunu qəbul edə bilmirəm” VİDEO

ain.az bildirir, Bizim media portalına istinadən.

Mərhum Xalq artisti Yaşar Nurinin xanımı Rəhimə Nuriyeva qızı Ülviyyənin vəfatından sonra ilk dəfə açıqlama verib. Bizim.Media xəbər verir ki, R. Nuriyeva “Bir gün” verilişində danışıb. O bildirib ki, qızının vəfatından sonra insanlardan uzaqlaşır:“Açığı müsahibə vermək istəmirdim. Məni başına gələn anlayır, gəlməyən ağzına gələni yazır. Şərhlər mənə maraqlı deyil. Öz daxili hissim tamamilə başqadır. Bunu heç kimə arzu etmirəm.

 

Gülməlidir ki, kimsə kiminsə ailəsinə qiymət versin. İstər Yaşarın vaxtında, istərsə də indi deyirəm ki, kimə nə maraqlıdırsa, zəng edib soruşsun. Yaşarın vəfatından sonra  iki ay bu hissi keçirdim.

12 il keçib, son zamanlar bununla fəxr edirdim ki, küçədə də  görəndə deyirdilər, Yaşarın həyat yoldaşıdır. İndi ümumiyyətlə evdən çıxa bilmirəm, hamı yaxınlaşıb, ikinci itki ilə bağlı baş sağlığı verir. Bunu qəbul edə bilmirəm. Axı sevinc hiss deyil, bu, tamamilə başqa hissdir. İndi insanlardan uzaqlaşıram ki, məni görüb nəsə deməsinlər”.

Sara, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
40
1
bizim.media

2Mənbələr