AZ

Mübariz Mənsimovun Ramiz Mehdiyevlə biznesi olub? - AÇIQLAMA

Bəzi kütləvi informasiya vasitələrində “Palmali” Şirkətlər Qrupunun İdarə Heyətinin sədri Mübariz Mənsimovla bağlı məlumatlar yayılıb. Məlumatlarda onun Ramiz Mehdiyevlə əlaqələri vurgulanır.

“Cebheinfo.az” xəbər verir ki, “Palmali” Şirkətlər Qrupu bununla bağlı açıqlama yayıb:

“Yayılan bu məlumatlar reallığı əks etdirmir. Mübariz Mənsimovun Ramiz Mehdiyev ilə heç bir zaman nə biznes, nə də şəxsi münasibəti olub. O, Ramiz Mehdiyevi yalnız Prezident Administrasiyasında vəzifə tutmuş şəxs kimi tanıyıb. Bunun xaricində tərəflər arasında hər hansı bir görüş, işgüzar əməkdaşlıq və ya əlaqə baş verməyib.

“Palmali” Şirkətlər Qrupu olaraq qəti şəkildə bildiririk ki, yayılan bu məlumatların heç bir hüquqi və faktiki əsası yoxdur və bunlar tamamilə yalandır”.

Seçilən
17
2
cebheinfo.az

6Mənbələr