Bakı. Trend:
Bu ilin ilk 9 ayında Azərbaycandakı idarə, müəssisə vətəşkilatlar qiymətli kağızlar bazarından 750 milyon ABŞ dollarıgəlir əldə edib.
Trend xəbərverir ki, bunu bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) Statistikadepartamentinin direktoru Samir Nəsirov tədiyə balansınınaçıqlanmasına həsr olunmuş brifinqə deyib.
O bildirib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə7,45% çoxdur.
"Bir çox hallarda biz kapital və maliyyə hərəkəti balansınımüzakirə edəndə deyirik ki, portfel investisiya üzrə aktivlərimizartıb. Bu, kapital və maliyyənin hərəkəti balansında mənfi ilədüşsə də, növbəti dövrlərdə Azərbaycan iqtisadiyyatına ilkingəlirlər balansı vasitəsilə kifayət qədər, belə deyək, vəsaitgətirir", - S. Nəsirov vurğulayıb.