ain.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
DİN əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
“Qafqazinfo” xəbər verir ki, dekabrın 13-ü və 14-ü polis əməkdaşları paytaxtda, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 14 avtomat silahı, 1 pulemyot, 3 tapança aşkar ediblər.
Bununla yanaşı, 2 qumbara, 14 tüfəng, 30 patron darağı və 590 ədəd müxtəlif çaplı patron da polislər tərəfindən aşkar edilərək götürülüb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.