Reyting.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Ukrayna Silahlı Qüvvələri Rusiyanın Belqorod vilayətini raket atəşinə tutub. Raket zərbəsi kommunal infrastruktura ciddi ziyan vurub.
Reyting.az-ın məlumatına görə, Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov deyib ki, təcili yardım xidmətləri atəşin nəticələrini aradan qaldırmağa çalışırlar.
Bildirilir ki, zərbə nəticəsində altı çoxmənzilli bina və bir fərdi ev zədələnib.
Qubernator zərbənin digər nəticələri barədə məlumatların dəqiqləşdirildiyini deyib.
Daha əvvəl Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarəsi Belqoroddakı bir kənddə fərdi evə hücum edərək bir kişini yaralayıb.
ELÇİN
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.