ain.az, Hurriyyet saytına istinadən bildirir.
Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurasında iştirak etmək üçün bu gün Brüsseldə işgüzar səfərdə olacaq.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan Hamburqda jurnalistlərə verdiyi açıqlamada Ermənistanın hədəfinin Avrasiya İqtisadi Birliyindən çıxmaq deyil, Avropa İttifaqına daxil olmaq olduğunu bildirmişdi.
Qeyd etmək lazımdır ki, mart ayında Ermənistanın Milli Assambleyası (parlamenti) ölkənin Avropa İttifaqına üzv olması haqqında qanun qəbul etmişdi. Dekabrın 2-də, Tərəfdaşlıq Şurasının iclasından sonra İrəvanla Brüssel strateji tərəfdaşlıq gündəliyini imzalamışdılar.
Hürr Tərcüman
Share
Tweet
Share
Share
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.