AZ

Bəşər Əsədin Moskvada yaşadığı yerin ünvanı məlum olub

Suriyanın devrilmiş Prezidenti Bəşər Əsəd Ukraynanın keçmiş dövlət başçısı Viktor Yanukoviçin də yaşadığı güman edilən Moskva bölgəsinin Rublyovka rayonundakı elit yaşayış massivində yaşayır.

Missiya.Az xəbər verir ki, bu barədə “The Guardian” Əsədin adı açıqlanmayan dostuna istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Əsəd oftalmologiya sahəsindəki biliklərini dərinləşdirərək tibbə qayıdır.

Mənbə qeyd edib ki, Əsədin açıq-aydın pula ehtiyacı yoxdur və oftalmologiya onun uzun müddətdir davam edən həvəsidir.

O, əlavə edib ki, keçmiş Suriya lideri həmçinin rus dilini də öyrənir.

Daşqın HəsənovMissiya.Az

Seçilən
100
missiya.az

1Mənbələr