AZ

Qriqorçukun yeni iş yeri bilindi

Fanat portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ukraynalı mütəxəssis Roman Qriqorçuk yenidən Qazaxıstan Premyer Liqasında peyda ola bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "ASnews" yayıb.

Mənbənin məlumatına görə, ötən mövsümün sonundan işsiz olan mütəxəssis "Astana" klubunun baş məşqçi vəzifəsinə mümkün namizədlərdən biri kimi nəzərdən keçirilir. Sözügedən klub bolqarıstanlı məşqçi Nikolay Kostovla hazırkı razılaşmaya baxmayaraq, onunla tərəfdaşlığı dayandırmaq niyyətindədir. 

Xatırladaq ki, Qazaxıstan azarkeşləri Qriqorçuku 2019-cu ildə ayrıldığı "Astana"da çalışdığı dövrdən tanıyırlar. Bundan sonra o, "Şaxtyor Soliqorsk", Ukraynanın "Çornomorets" və Azərbaycanın "Neftçi" klublarında çalışmağı bacarıb. 60 yaşlı məşqçi Qazaxıstanda çempion olub, ölkə Superkubokunu qazanıb.

Onun son iş yeri qısa müddətə çalışdığı Ukraynanın LNZ klubu olub. 

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
48
1
fanat.az

2Mənbələr