AZ

Gündüz İsmayılov: “Din xadimlərinin hamısı yetərli biliyə sahib deyil”

ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Bu gün Azərbaycan cəmiyətində ən çox müzakirə olunan mövzulardan biri də din sahəsidir”. Bizim.Media xəbər verir ki, bu sözləri bunu Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bu gün Bakıda Elm və Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər" mövzusunda keçirilən konfransda bildirib.“Azərbaycan cəmiyyətində dinlə bağlı biliklər üç mənbədən əldə olunur.Ailə, kütləvi informasiyq vasitələri və ibadət evləri, din xadimləri.

 

Ailələrimizin hamısının dini bilikləri qanedicidirmi? Xeyr. Bütün ailələrin dini bilikləri eyni deyil. Bəzi ailələr ki var ki, onların dini bilikləri xətalıdır.

Mənə elə gəlir ki, ikinci mənbə də tam etibarlı deyil, bu mənbədə də yanlış informasiyaları görə bilirik. Bu gün Azərbaycanda dini görüşü yüksək olan din xadimləri var, çoxdur. Amma onların hamısının dini bilikləri yetərli deyil. Bu gün cəmiyyətdə dini görüşləri çox olan din xadimlərinə ehtiyac böyükdür.Üç mənbənin üçünün də dini biliklərinin tam olmadığı halda dini bilikləri başqa hansı mənbədən ala bilərik? Təhsil və məktəb. Dini radikalizm və xurafatla mübarizə nöqteyi-nəzərindən təhsil sahəsi xüsusi rol oynayır.Təbii ki, biz din və təhsil məsələsinə toxunduqda nəzər almalıyıq ki, Azərbaycan dünyəvi dövlətdir. Amma din yalnız şəriət deyil, mənəviyyat və mədəniyyət tərəfi də var. Bu cəhətdən bu sahədə təhsilin böyük rolu var, bunu daha da artıra bilərik”.Naibə Məmmədova, Sadiq Məmmədov, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
70
1
bizim.media

2Mənbələr