AZ

Ermənistan Avropa İttifaqından yardım istədi KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri bugünkü iclasda Ermənistanı müzakirə edəcək.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas jurnalistlərə açıqlamasında deyib.

“Gələn il Ermənistanda seçkilər keçiriləcək. Bu gün həmin məsələ ilə bağlı Ermənistana necə kömək edə biləcəyimizi müzakirə edəcəyik. Ermənistan xarici müdaxilələrin qarşısının alınması mövzusunda bizdən kömək istəyib”, – Kallas bildirib.

Qeyd edək ki, bundan əvvəl Kaya Kallas 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində Rusiyanın Ermənistanda dezinformasiya kampaniyasını gücləndirdiyini iddia edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
47
11
konkret.az

10Mənbələr