ain.az, Olke.az portalına istinadən məlumat yayır.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) iki ölkənin şirkəti ilə müqavilə bağlayıb.
Ölkə.Az-ın məlumatına görə, qurumla İsrailin “Cortex Engineering Ltd.” şirkəti arasında tam bədən 150 min ABŞ dolları (255 min manat) məbləğində 1 illik müqavilə bağlanıb. Həmin şirkətdən qoruyucu zirehli geyim dəstləri alınacaq.
Bundan başqa ANAMA ilə Norveç Krallığının “Rofi a.s.” şirkəti arasında 265 min 306 avro (təxminən 529 min manat) məbləğində təxminən 2 illik müqavilə bağlanıb. Həmin şirkətdən də fərdi zirehli qoruyucu geyim dəstləri alınacaq.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.