ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Təhsil prosesində şagirdlərdə bilik, bacarıq və vərdişlərlə yanaşı, milli-mənəvi dəyərləri də formalaşdırmalıyıq".
APA xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər” mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.
O bildirib ki, milli mənəvi dəyərlərin formalaşması gənclərdə önəmlidir: “Xalqın formalaşması uşaqların formalaşmasından aslıdır. Burada təhsilin rolu çox önəmlidir. Təbii ki, dini zorla tətbiq etmək doğru deyil. Ancaq düzgün təhsil prosesində dini kompenentlərə önəm verilir. Orta məktəblərdə bu özünü “Həyat bilgisi” fənnində, universitetlərdə isə “dinlərin tarixi” və s. fənlərində özünü göstərir”.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.