ain.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İranda inspeksiya fəaliyyətini bərpa edib, lakin yalnız ABŞ-ın zərbələrinə məruz qalmamış obyektlərə buraxılıb.
APA xəbər verir ki, bu barədə təşkilatın Baş direktoru Rafael Qrossi “RİA Novosti”yə müsahibəsində bildirib.
O qeyd edib ki, iyun ayında İranın nüvə obyektlərinə endirilən zərbələrdən sonra yoxlamaların bərpasında irəliləyiş hazırda AEBA-nın İranda qarşısında duran ən vacib məsələdir.
Qrossinin sözlərinə görə, agentlik yalnız ABŞ zərbələrinə məruz qalmamış obyektlərə buraxılıb.
“Bu, o baxımdan yaxşıdır ki, həmin obyektlər yoxlanılmalı olan razılaşdırılmış siyahıya daxildir. Bu bizim üçün vacibdir. Lakin, əlbəttə ki, digər üç obyekt (Natanz, İsfahan və Fordo — red.) daha da əhəmiyyətlidir, çünki orada hələ də xeyli miqdarda nüvə materialları və avadanlıqlar mövcuddur və biz ora qayıtmalıyıq”, — AEBA-nın Baş direktoru vurğulayıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.