AZ

Qazaxıstan BTC üzrə neft tədarükünü 2,2 milyon tona çatdırmağı planlaşdırır

ain.az, Marja.az portalına istinadən məlumatı açıqlayır.

Qazaxıstanın Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə neft nəqlinin həcmi 2025-ci ilin yekunları üzrə ilin əvvəlində planlaşdırıldığı kimi təxminən 1,5 milyon ton təşkil edəcək.

Bunu 2025-ci ilin yekunlarına həsr olunmuş brifinqdə jurnalistlərin suallarını cavablandırarkən ölkənin energetika naziri Erlan Akkenjenov bildirib.

Nazirin sözlərinə görə, təsdiq edilmiş plandan kənara çıxma halı yoxdur və bu göstərici tam olaraq yerinə yetiriləcək.

O qeyd edib ki, 2026-cı il üçün planlara da 1,5 milyon ton neft həcmi daxil edilib. Eyni zamanda qurumun rəhbəri bu göstəricinin artıqlaması ilə yerinə yetiriləcəyinə ümid etdiyini bildirib.

E.Akkenjenov, həmçinin qeyd edib ki, perspektivdə "KazMunayQaz" və Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) arasında razılaşmalar bu istiqamətdə ildə 2,2 milyon tona qədər neft tədarükünü nəzərdə tutur.

İş elanları AzVak.az-da

© "Report"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
5
marja.az

6Mənbələr