AZ

Axios: "Kamala Harris kampaniyaya başlayıb"

"Axios" xəbər saytı Demokratlar Partiyasının adları çəkilməyən nümayəndələrinə istinadənyazırki, xanım siyasətçi bu məqsədlə artıq keçən həftədən bəri müəyyən çıxışlara bsşlayıb. Partiya üzvlərinin sözlərinə görə, bu, yeni seçki kampaniyasının ilk qığılcımlarıdır:"Onun seçkilərə yenidən qoşulmasını istəyirik".

Bildirilir ki, ötən cümə günü Los-Anceles şəhərində Demokratlar Partiyasının Milli Komitəsində nitq söyləyən Kamala Harris sabiq prezident və partiya yoldaşıCo Baydenin xəttindən uzaqlaşaraq,hər iki partiyanı sərttənqid atəşinə tutub.Onun fikrincə, həm Demokratlar, həm də Respublikaçılar Partiyası ictimaiyyətin etimadını doğrulda bilməyiblər:"Hökumət ABŞ xalqının ehtiyaclarını ödəməkdə iflasa uğrayıb".

Məlumata əsasən, Kamala Harrisin Demokratlar Partiyası üçün strateji ştat sayılan Cənubi Karolinada, habelə qaradərililərin sıx yaşadıqları şəhərlərdə yaxın günlərdə çıxışları planlaşdırılır.

Xatırladaq ki, keçən ilin noyabrında ABŞ-də keçirilən prezident seçkilərində Kamala Harris respublikaçıların namizədi, hazırkı prezident Donald Trampa uduzmuşdu.

Firudin Həmidli
AzVision.az
Seçilən
91
1
azvision.az

2Mənbələr