AZ

Trampın AB ya yönəltdiyi tənqid Avropada şok və narazılıq yaradıb

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın Avropa İttifaqına (Aİ) yönəltdiyi sərt tənqidlər Avropanı şoka salıb, Avropa Komissiyası daxilində mübahisələrə səbəb olub və AB ölkələri liderləri arasında ziddiyyətləri dərinləşdirib.

Bizimyol.info xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Financial Times" (FT) qəzeti məlumat yayıb.

Geçən həftə "Politico" nəşrinə verdiyi müsahibədə, amerikalı lider, Avropadakı bir çox ölkənin "katastrofik miqrasiya siyasəti üzündən tezliklə yaşama qabiliyyətini itirəcəyini" bildirib. Həmçinin, Tramp "çoxsaylı Avropa dövlətlərinin çürüdüyünü" və Avropa ölkələrinin Ukrayna münaqişəsi ilə bağlı çox danışdığını, amma "bu məsələnin həlli üçün heç nə etmədiklərini" vurğulayıb.

"FT"ın məlumatına görə, bəzi rəsmi şəxslər Avropa Komissiyasının sədri Ursula fon der Leyeni, Trampın şərhlərinə cavab verməməyə çağırıblar. Onlar, ABŞ-ın Ukrayna ilə bağlı sülh prosesində iştirakını qorumaq və gərginliyi daha da artırmamaq istəyiblər. Ancaq digər yüksək rütbəli AB rəsmiləri, amerikalı liderin tənqidlərinin cavabsız qalmasına qəzəbləniblər. "Financial Times" yazır ki, Brüsselin zəif reaksiyası bir sıra Avropa liderlərini, Avropa Komissiyasını yan keçib, birbaşa Trampla dialoq qurmağa təşviq edib.

Bundan əlavə, nəşrin mənbələri, Ukrayna ilə bağlı vəziyyətin də AB-nin reaksiyasına təsir etdiyini qeyd ediblər. Mənbələrə görə, keçən həftə Ukrayna Prezidenti Vladimir Zelenski və NATO-nun Baş katibi Mark Rütte, fon der Leyeni, Trampın hücumlarına cavab verməməyə çağırıblar.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
62
icma.az

1Mənbələr