Azərbaycandan bu ilin yanvar-oktyabr aylarında Serbiyaya cəmi 189,4 milyon kub metr təbii qaz ixrac edilib.
Publika.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, Serbiyaya ixrac edilmiş qazın dəyəri 105,1 milyon dollar olub.
Son bir il ərzində ixracın həcmində 154,1 milyon kub metr (5,3 dəfə), dəyərində isə 92,1 milyon dollar (8,1 dəfə) kəskin artım baş verib.