AZ

Berlində Kiyevlə Ağ Ev arasında 5 saatlıq görüş: Hansı nəticəyə gəldilər?

Berlində Ukrayna Prezidenti Volodimir Zelenski, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uittkof, Donald Trampın kürəkəni Cared Kuşner və nümayəndə heyətləri arasında görüş beş saatdan çox davam edib.

Ölkə.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkof sosial media hesabında yazıb. O bildirib ki, danışıqlarda əhəmiyyətli irəliləyişlər əldə olunub.

"Nümayəndələr 20 bəndlik sülh planı, iqtisadi gündəm və sair mövzularda dərin müzakirələr apardılar. Əhəmiyyətli irəliləyiş əldə edildi", - Uitkof yazıb.

Uitkov onu da əlavə edib ki, Berlindəki danışıqlar bu gün davam etdiriləcək.

Mürtəza

Seçilən
87
olke.az

1Mənbələr