AZ

Yaponiyada zooparklar yarım əsrdən sonra ilk dəfə pandasız qalacaq

Pekin və Tokio arasında münasibətlərin gərginləşməsi səbəbindən Yaponiya zooparkları son 54 ildə ilk dəfə pandasız qala bilər.

Editor.az-ın Kyodo xəbər agentliyinə istinadən verdiyi məlumata görə, hazırda Yaponiyada Çindən gətirilmiş iki cüt panda mövcuddur. Tokiodakı Ueno zooparkında saxlanılan erkək panda Xiao Xiao və dişi panda Lei Lei zooparkın əsas cazibə obyektlərindən sayılır. Həmin pandaların icarə müddəti gələn ilin yanvarında başa çatacaq və onlar Çinə qaytarılacaq.

Bu səbəbdən Yaponiya 1972-ci ildən bəri ilk dəfə pandasız qalmaq təhlükəsi ilə üz-üzədir. Yaponiya–Çin münasibətlərində son dövrlərdə müşahidə olunan gərginlik fonunda yeni icarə müqaviləsinin imzalanmasının çətin olacağı bildirilir.

 

//Gülnarə Abasova, Editor.az

Seçilən
85
editor.az

1Mənbələr