ain.az bildirir, Konkret.az saytına əsaslanaraq.
2025-ci ilin yekunlarına görə Bakı–Tbilisi–Ceyhan neft kəməri ilə nəql ediləcək neftin həcmi ilin əvvəlində planlaşdırıldığı kimi təxminən 1,5 milyon ton təşkil edəcək. Bu barədə 2025-ci ilin yekunlarına həsr olunmuş brifinqdə jurnalistlərin suallarını cavablandıran Qazaxıstanın energetika naziri Erlan Akkenjenov bildirib.
KONKRET.az xəbər verir ki, nazirin sözlərinə görə, təsdiqlənmiş plandan hər hansı kənarlaşma yoxdur və nəzərdə tutulan göstərici tam şəkildə icra olunacaq. 2026-cı il üçün də planlarda 1,5 milyon ton neftin nəqli nəzərdə tutulub. Bununla yanaşı, nazir bu göstəricinin artıqlaması ilə yerinə yetiriləcəyinə ümid etdiyini vurğulayıb.
Erlan Akkenjenov həmçinin qeyd edib ki, perspektivdə “KazMunayGas” və SOCAR arasında əldə olunmuş razılaşmalara əsasən, bu marşrut üzrə illik tədarük həcmi 2,2 milyon tona qədər çata bilər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.