AZ

Keçmiş məcburi köçkün: İnanırıq ki, hər şey çox gözəl olacaq

ain.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Ən sevimli günümüzdür. Bu gün doğma elimizə, obamıza qayıdırıq. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa, cansağlığı və uzun ömür arzulayırıq. Onların sayəsində bu günləri yaşayırıq və hər birinə dərin minnətdarlığımızı bildiririk.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Cəbrayıl rayonunun Horovlu kəndinə köç edən keçmiş məcburi köçkün Teymur Allahverdiyev deyib.

O, həmçinin gələcək barədə düşüncələrini də bölüşərək deyib: “Qarşıdakı dövrdə doğma torpağımızda əkinçiliklə, biçinçiliklə, heyvandarlıqla məşğul olmağı, öz zəhmətimizlə yaşamağı düşünürük. İnanırıq ki, hər şey çox gözəl olacaq. Çünki bura bizim öz yurdumuz, öz doğma torpağımızdır. İnsan hər zaman öz yurdunda, doğma torpağında daha rahat dolanar, daha gözəl ömür sürər”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
29
6
yeniazerbaycan.com

7Mənbələr