AZ

YUNESKO 15 dekabrı Türk Dili Ailəsi Günü elan edib

Hüquqşünas Aydın Kərimov YUNESKO-nun 15 dekabr tarixini Türk Dili Ailəsi Günü elan etməsini mühüm beynəlxalq hadisə kimi qiymətləndirib.

QHT.az xəbər verir ki, onun sözlərinə görə, bu qərar türk dünyasının böyük və ciddi bir sivilizasiya olaraq mövcudluğunun beynəlxalq səviyyədə etirafıdır. Aydın Kərimov bildirib ki, gələcəkdə türk dili ailəsi və türk xalqları dünya tərəfindən ayrıca bir sivilizasiya və güc mərkəzi kimi tanınacaq:

"Bunun üçün

1. Heç bir halda parçalanmayaq, qarşıdurmaya getməyək,
2. Öz milli varlığımızı, özünə məxsusluğumuzu qoruyub saxlayaq, kökümüzə qayıdaq. Özümüzü anlayaq.

Gününüz mübarək!"

Seçilən
115
qht.az

1Mənbələr