AZ

Ərdoğan: Türkiyənin Qəzza ilə bağlı mövqeyi dəyişməzdir!

Ajans.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tələbələrlə görüşündə deyib. O qeyd edib ki, Türkiyə bu istiqamətdə zəruri addımları atmaqda davam edir və mövqeyindən geri çəkilməyəcək. Onun sözlərinə görə, Qəzza məsələsində hər hansı geri addım nə vicdan, nə də məsuliyyət baxımından qəbulolunandır.

Türkiyə hakimiyyəti daha əvvəl dəfələrlə Fələstin probleminin iki dövlət prinsipi əsasında həllinin vacibliyini vurğulayıb. Ərdoğan həmçinin Qəzzada atəşkəsin təmin olunmasını və humanitar yardımın çatdırılmasını ölkəsinin əsas prioritetləri sırasında göstərib.

Seçilən
40
3
Ajans.az

4Mənbələr