AZ

"Səksənə çatanda səksənir hamı" - Ramiz Rövşəndən təsirli şeir

Bu gün Xalq şairi Ramiz Rövşənin 79 yaşı tamam olub. Bu münasibətlə şair yeni şeir səsləndirib.

Far.Az xəbər verir ki, Ramiz Rövşənin həmin şeiri oxuduğu video Mətbuat Şurasının sədri Rəşad Məcid tərəfindən sosial şəbəkə hesabında paylaşılıb:

"Çatdıq, uzun ömür buymuş demək,

Axı görə bilmir 80-i hamı.

Tək bircə sənsənmi, yoxsa sənin tək,

80-ə çatanda səksənir hamı".

Qeyd edək ki, Ramiz Rövşən 1946-cı il dekabrın 15-də Bakı şəhərinin Əmircan qəsəbəsində dünyaya gəlib.

Xalq şairinin özünə həsr etdiyi şeiri oxuculara təqdim edirik:

Seçilən
142
far.az

1Mənbələr