
Amerikalı maliyyəçi və sahibkar Bill Ekman 14 dekabrda Bondi çimərliyində insanlara hücum edən terrorçulardan birini tərksilah edən Sidneylı sakin Əhməd əl-Əhməd üçün ianə kampaniyası başladıb və özü təxminən 100 min dollar bağışlayıb.
AFN.az xəbər verir ki, bu barədə o, X platformasında açıqlama verib.
Ekmanın paylaşım etdiyi "GoFundMe" səhifəsində bildirilib ki, toplanan vəsait birbaşa qəhrəmana yönəldiləcək.
Son məlumata görə, təxminən 542 min dollar yığılıb, hədəf məbləğ isə 1 milyon dollardır. Ekman donorlar siyahısında 99 999 dollar ianə ilə yer alır.