AZ

Türkiyədə qanunsuz mərc oyunlarına qarşı cəzalar artırılır



Türkiyədə qanunsuz mərc oyunları və qumar oyunları ilə mübarizə gücləndiriləcək.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, belə hallara qarşı mübarizə tədbirləri bu gün prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək hökumət kabinetinin iclasında müzakirə ediləcək.

İclasda virtual mühitdə qanunsuz mərc oyunları, şans oyunları və qumar oyunlarına qarşı mübarizə bütün aspektləri ilə müzakirə olunacaq. Fəaliyyət planı çərçivəsində cəzaların artırılması məsələsinə baxılacaq. Həmçinin hökumət kabinetinin iclasında qanunsuz mərc oyunlarına qarşı effektiv mübarizədə atılacaq əlavə addımlar müəyyən ediləcək.

Süleyman
Seçilən
93
1
newscenter.az

2Mənbələr