AZ

Müharibədə 30-dan çox rusiyalı jurnalist həlak olub

BAKI, 15 dekabr. TELEQRAF

Rusiyanın Jurnalistlər İttifaqının sədri Vladimir Solovyov Ukraynada xüsusi hərbi əməliyyatın başlanmasından bu yana 30-dan çox rusiyalı jurnalistin həlak olduğunu bildirib.

Teleqraf xəbər verir ki, TASS-ın məlumatına görə, Solovyov qeyd edib ki, ölənlər arasında təkcə jurnalistlər deyil, həmçinin operatorlar, səs operatorları, sürücülər, bəzən bloqerlər və hərbi müxbirlər də var.

Xatırladaq ki, dekabrın 15-də Rusiyada peşə borcunu yerinə yetirərkən həlak olan jurnalistlərin xatirə günü qeyd olunur. Bu tarix 1991-ci ilin sentyabrında Yuqoslaviyadakı münaqişəni işıqlandırarkən sovet televiziyasının müxbiri Viktor Noqin və operator Gennadi Kurinnının həlak olmasından sonra Rusiya Jurnalistlər İttifaqı tərəfindən təsis edilib. Həmin vaxtdan etibarən hər il dekabrın ortalarında ölkə üzrə vəzifə başında həyatını itirmiş KİV əməkdaşlarının xatirəsi anılır.

Seçilən
105
teleqraf.com

1Mənbələr