Beynəlxalq ictimaiyyət dekabrın 15-də ilk dəfə olaraq Dünya Türk Dili Ailəsi Gününü qeyd edir.
Publika.az xəbər verir ki, müvafiq qərar UNESCO-nun noyabrda Səmərqənddə keçirilən Baş Konfransında qəbul edilib.
Tarix seçimi simvolikdir və dərin məna kəsb edir, belə ki, 15 dekabr 1983-cü ildə danimarkalı linqvist Vilhelm Tomsen, ən qədim yazılı mənbələrdən biri olan Orxon kitabələrinin əlifbasının uğurla deşifrə olunduğunu elan etdi. Yazılar eramızın VIII əsrində Orxon vadisində, indiki Monqolustanda qədim türklər tərəfindən yaradılıb və 1889-cu ildə aşkarlanıb.
Tomsenin nailiyyəti bu gün Avrasiyada onlarla icmanı birləşdirən dil ənənəsi haqqında əvəzsiz bilgi verdi.