Bu gün axşam saatlarında Qusarın Yuxarı Ləgər kəndində baş vermiş qəza zamanı dünyasını dəyişən şəxslərin Şair Ramaldanovun ailə üzvləri olduğu məlum olub.
Bu barədə hərbi ekspert Üzeyir Cəfərov sosial şəbəkə hesabında məlumat verib.
O bildirib ki, qəza nəticəsində dünyasını dəyişənlər Ramaldanov qardaşlarından biri olan polkovnik Elman Ramaldanovun ailə üzvləri olub.
Onlardan biri ailənin 36 yaşlı üzvü, polkovnikin qızı Tamilla Ramaldanova və ailənin yaxın üzvlərindən biri olan 43 yaşlı Cəmilə Bağırovadır.
Ailə üzvlərindən daha 4 nəfəri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Tarix: 15 Dekabr 2025, 00:27