Dünyada elektromobillərin alışı artır, Azərbaycanda isə əksinə – hər keçən gün azalır.
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, yanvar-oktyabr aylarında Avropa İttifaqında yeni qeydiyyata alınan avtomobillərin 16,4 faizini elektrik mühərrikli avtomobillər təşkil edib. Bu rəqəm ötən ilin eyni dövründəki göstəricidən 13,2 faiz çoxdur. Amma Azərbaycanda göstəricilər azalma istiqamətindədir. Belə ki, ölkəmizə bu ilin 10 ayı ərzində 1732 ədəd elektrik mühərrikli nəqliyyat vasitəsi idxal olunub. Bu da ötən ilin eyni ayları ilə müqayisədə müvafiq olaraq 50 faiz və 33,2 faiz azalma deməkdir.
Avtomobil ustası Sahil Ağabəyli hesab edir ki, istehsalçıların vəd edtiyi kilometrajla, real istifadə arasındakı fərq elektromobillərə marağı azaldan başlıca səbəblərdəndir.
Usta deyir ki, soyuq havada kilometraj ümumiyyətlə çox az olur.
Yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı deyir ki, ölkəmizdə hazırda 3-5 min civarında elektromobil var. Ekspert onu da əlavə edir ki, əgər həmin növ nəqliyyat üçün lazımi səviyyədə infrastutruktur olsaydı, maraq azalmazdı.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.