AZ

Günün qoroskopu: Tələskənlik səhvlərə səbəb ola bilər

Milli.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Milli.Az 13 dekabr 2025-ci il üçün günün ulduz falını təqdim edir:

Qoç

Bu gün qərar verməkdə daha diqqətli olmalısınız. Tələskənlik səhvlərə səbəb ola bilər. İşdə səbrli davransanız, nəticələr sizi razı salacaq. Şəxsi münasibətlərdə anlayışlı olmaq vacibdir.

Buğa

Maddi məsələlər və gündəlik planlar ön plana çıxır. Gələcək üçün atacağınız addımlar uzunmüddətli fayda verə bilər. Ailə içində xoş söhbətlər əhvalınızı yüksəldəcək. Sakit və balanslı qalmağa çalışın.

Əkizlər

Ünsiyyət və xəbərlər baxımından hərəkətli gündür. Yeni fikirlər və təkliflər gündəmə gələ bilər. Düşünmədən deyilən sözlər anlaşılmazlıq yarada bilər, buna görə diqqətli olun. Günün sonu müsbət keçəcək.

Xərçəng

Daxili rahatlıq axtarışı güclənə bilər. İşdə məsuliyyət tələb edən mövzular sizi bir qədər yorsa da, nəticəsi sevindirici olacaq. Özünüzə vaxt ayırmaq və dincəlmək faydalıdır.

Şir

Bu gün diqqət mərkəzində ola bilərsiniz. Liderlik qabiliyyətləriniz sayəsində işdə irəliləyiş mümkündür. Şəxsi münasibətlərdə səmimi davranış bağları möhkəmləndirəcək. Enerjinizi düzgün yönəldin.

Qız

Detallara diqqət etdiyiniz bir gündür. Planlama və təşkilatçılıq işlərində uğur qazana bilərsiniz. Sağlamlığınıza fikir vermək və istirahət etmək vacibdir. Axşam saatları sakit keçə bilər.

Tərəzi

Münasibətlər və əməkdaşlıq mövzuları önə çıxır. Qarşılıqlı anlayış problemlərin həllini asanlaşdıracaq. Qərar verərkən tələsməyin. Daxili tarazlığınızı qorumağa çalışın.

Əqrəb

Dərin düşüncələr və gizli qalan məsələlər gündəmə gələ bilər. İşdə məsuliyyətli davranışınız diqqət çəkəcək. Emosiyalarınızı nəzarətdə saxlasanız, gün daha rahat keçəcək.

Oxatan

Yeni ideyalar və planlar üçün əlverişli gündür. Səyahət və ya təhsil mövzuları sizi düşündürə bilər. Həddindən artıq riskdən çəkinin. Optimist ruh halınız uğur gətirəcək.

Oğlaq

İş və məsuliyyətlər ön plandadır. Səbr və əzm sayəsində məqsədlərinizə yaxınlaşa bilərsiniz. Maliyyə məsələlərində diqqətli olmaq tövsiyə olunur. Axşam ailə ilə vaxt keçirmək rahatladıcı olacaq.

Dolça

Gözlənilməz görüşlər və xəbərlər gündəminizi dəyişə bilər. Yaradıcılıq və fərqli baxış bucağı sizə üstünlük qazandıracaq. Dostlarla ünsiyyət faydalı olacaq.

Balıqlar

Hissləriniz və intuisiya bu gün daha güclüdür. Yaradıcı işlər və sakit fəaliyyətlər üçün uyğun zamandır. Başqalarının problemlərini öz üzərinizə çox götürməməyə çalışın. Günün sonu rahat keçəcək.Lalə Qüdrətova

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
50
news.milli.az

10Mənbələr