AZ

Trampın gileyi: Melaniyanı məndən çox sevirlər...

ABŞ prezidenti Milad qəbulunda birinci xanımın populyarlığına diqqət çəkib...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirilən Milad qəbulunda çıxışı zamanı zarafatla bildirib ki, ictimaiyyət birinci xanım Melaniya Trampı ondan daha çox sevir. Siyasətçinin çıxışı APT News tərəfindən yayımlanıb.

Melaniya Trampla yanaşı dayanan Donald Tramp qeyd edib ki, hər çıxışı zamanı zalda “Birinci xanımımızı sevirik” sözləri yazılmış plakatlar görür. Prezident bunu yumorla şərh edərək, yaranmış vəziyyətdən tam razı olmadığını gizlətməyib.

“Bununla nə edə bilərəm? Bu, xoşuma gəlmir, çünki görünür, onu məndən daha çox sevirlər və bu məni sevindirmir. Mən narazıyam”, deyə Tramp bildirib. O, bu mövzuda həyat yoldaşı ilə danışacağını da əlavə edib.

Xatırladaq ki, oktyabr ayında ABŞ mətbuatı Melaniya Trampın ərinin Ağ Evin bir hissəsini sökməklə bağlı planlarından narahat olduğunu yazmışdı. Mənbələrin məlumatına görə, birinci xanım köməkçilərinə bunun onun layihəsi olmadığını bildirib.

Qeyd edək ki, Ağ Evin Şərq qanadı 1902-ci ildə inşa olunub və dəfələrlə yenilənib. Ənənəvi olaraq burada birinci xanım və onun komandası fəaliyyət göstərir, prezident və administrasiyası isə iqamətgahın Qərb qanadında çalışır.

Poliqon.info

Seçilən
56
43
poliqon.info

10Mənbələr