Bəs ukraynalı mütəxəssis nə dərəcədə uğurlu olacaq? “Football-plus.az” futbol veteranı Vaqif Cavadovun fununla bağlı fikrini öyrənib:
“Baş məşqçini araşdırmamışam, yalan deyərəm. Amma isim olaraq görünən odu ki, işləyən məşqçidi. Necə olacağını isə zaman göstərəcək. Bəzi məşqçilər var ki, uğurlu sayılır, müəyyən statusla yeni komandaya gəlir, lakin uğursuz olur. İşləri alınmır. Praktikada belə hallar çox olub. Elə də olub ki, tanınmayan məşqçi gəlib, çox uğurlu olub. Ona görə də zamana ehtiyac var. Onu bilirəm ki, “Neftçi”nin heyətində güclü futbolçular var. Şərait yüksək səviyyədədi. Klub rəhbərliyi də istənilən qayğını göstərir. Potensial var ki, komanda qışdan sonra turnir cədvəlində lazım olan yerə yüksəlib, irəlidəkilərlə xal fərqini aradan qaldırsın. Ümid edək ki, “Neftçi” azarkeşlərini və özünü sevindirəcək - avrokuboklara vəsiqə qazanacaq”.
MÜZƏFFƏR QULUZADƏ