Həftəiçi baş tutan Çempionlar Liqasının 6-cı turunun mərkəzi oyununda ''Mançester Siti'' səfərdə ''Real''ı 2:1 məğlub etdi. Qonaqların heyətində Erlinq Holann qələbə qolunu penaltidən vurdu.
Bu arada bu qarşılaşmada ''Real''ın qapısına penalti təyin edən fransalı Kleman Turpen ilə bağlı maraqlı bir fakt ortaya çıxıb. Avropanın bir idman portalı ÇL yaranandan, yəni 1992-ci ildən bu yana bu turnirdə ən çox penalti təyin edən hakimlərin adlarını açıqlayıb.
Məlum olub ki, Turpen 58-ci oyunda 31-ci dəfə nöqtəni göstərib və o, bu turnirdə ən çox penalti təyin edən hakimdi! 2010-cu ildən FİFA hakimi statusunda olan 43 yaşlı bu ədalət təmsilçisi 2021-də AL-in, 2022-də isə ÇL-in finalını idarə edib.
Maraq üçün bildirək ki, ÇL-də ən çox penalti təyin edən hakimlərin siyahısında sonrakı pillələrdə türkiyəli Cüneyt Çakır (28), niderlandlı Byorn Kuypers (25), isveçli Yonas Eriksson (24) və almaniyalı Feliks Brıx (22) qərarlaşıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta