AZ

Mədəniyyət Nazirliyi qrant müsabiqəsinin nəticəsini AÇIQLADI - SİYAHI

Cari ildə Mədəniyyət Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatları üçün iki qrant müsabiqəsi keçirilib – “Mədəniyyət sahələri üzrə ümumi qrant müsabiqəsi” və “Mədəni və yaradıcı sənayelər üzrə xüsusi qrant müsabiqəsi. Müsabiqələr çərçivəsində layihə təkliflərinə dair sənədlərin qəbulu 21 iyul – 11 avqust 2025-ci il müddətində mygrant.culture.az veb-səhifəsi üzərindən elektron formada həyata keçirilib.

Qrant müsaibiqələrinə ümumi olaraq 220 layihə daxil olub. Müraciətlərin qəbulu bitdikdən sonra, QHT-lərdən toplanmış layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılıb, layihələr təhlil edilib, layihə təqdimatları dinlənilib və 54 qeyri-hökumət təşkilatının layihəsi qalib olaraq müəyyənləşdirilib.

Qrant müsabiqələrinə təqdim olunan layihə təkliflərinin qiymətləndirilməsi zamanı layihənin məqsədinin aydınlığı; layihənin innovativliyi; layihənin icra müddətinin əsaslandırılması və davamlılığı; layihənin büdcəsinin qrant məbləğinə uyğun olması; QHT-nin və işçi heyətinin müvafiq layihə mövzusuna uyğun təcrübəsi; layihə üzrə risklərin təhlili; layihə üzrə benefisiarların düzgün müəyyən edilməsi; layihənin icrası zamanı müvafiq tərəfdaşlarla və media ilə əməkdaşlıq; QHT-nin təqdim etdiyi layihə mövzusunun nizamnamə məqsədlərinə uyğunluğu; layihədən gözlənilən nəticələr və təqdim olunan sənədlərin və sənədlərdə məlumatların tələblərə uyğunluğu meyarlarından istifadə olunub.

Qrant müsabiqəsinin qalibləri 18 dekabr 2025-ci il tarixinədək qrant müqaviləsinin bağlanması üçün tələb olunan sənədləri Mədəniyyət Nazirliyinə təqdim etməlidir. Ətraflı məlumat qalib qeyri-hökumət təşkilatlarının e-poçt ünvanına göndəriləcək.

Mədəniyyət Nazirliyi qrant müsabiqələrinin qaliblərini təbrik edir, müsabiqələrdə iştirak edən bütün qeyri-hökumət təşkilatlarına təşəkkür edir və fəaliyyətində uğurlar arzulayır. 

Azərbaycan Respublikasının mədəniyyət siyasətinin və prioritet sahələrinin həyata keçirilməsinə dəstək olmaq üçün innovativ, dayanıqlı və çoxtərəfli əməkdaşlıqları özündə ehtiva edən, müasir dövrün çağırışlarına cavab verən layihələrin həyata keçirilməsi, bu prosesdə vətəndaş cəmiyyəti təşkilatlarının rolunun artırılması, eləcə də mədəni irsin qorunmasında cəmiyyətin və fərdin iştirakçılığının artırılması məqsədilə keçirilən “Mədəniyyət sahələri üzrə ümumi qrant müsabiqəsi” mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi; işğaldan azad olunmuş ərazilərin mədəni irsi, işğal dövründə mədəni irsə dəymiş ziyan haqqında məlumatlandırıcı rəqəmsal resursların yaradılması üzrə təşəbbüslər; mədəniyyət sahəsində könüllülük fəaliyyətinin təşkili; Qərbi Azərbaycanın tarixi-mədəni irsinin öyrənilməsi, tədqiqi, təbliği, arxiv irsinə dəstək; Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə təşviqi; beynəlxalq mədəni əməkdaşlığın genişləndirilməsi; davranış mədəniyyətinin inkişafı kimi prioritet mövzuları əhatə edir.

 

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planının icrası istiqamətində mədəni və yaradıcı sənayelərin, həmçinin mədəni və innovativ cəmiyyətin inkişafı üçün müasir, dayanıqlı və çoxtərəfli əməkdaşlıqları özündə ehtiva edən, müasir dövrün çağırışlarına cavab verən layihələrin həyata keçirilməsi və bu prosesdə vətəndaş cəmiyyəti təşkilatlarının rolunun artırılması məqsədilə keçirilən keçirilən “Mədəni və yaradıcı sənayelər üzrə xüsusi qrant müsabiqəsi mədəni və yaradıcı sənayelərin inkişafına dair, mədəniyyət sahəsində rəqəmsal həllərə dair, kino, animasiya və oyun sənayesinin inkişafını təşviq edən yerli və beynəlxalq tədbirlərin təşkilinə dair layihələri əhatə edir.

 

Qrant müsabiqəsi ilə bağlı suallarla [email protected] elektron ünvanına və ya Mədəniyyət Nazirliyinin qaynar xəttinə (tel: 147) müraciət etmək mümkündür.

 

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin 2025-ci il üzrə qeyri-hökumət təşkilatları üçün qrant müsabiqələrinin qaliblərinin siyahısı:

QHT-nin adı Layihənin adı
1 “Mədəniyyətlərarası Dialoq naminə Qlobal İttifaq” ictimai birliyi “Mədəniyyətlərarası dialoqun Azərbaycan modeli: maarifləndirmə və yeni alətlərin yaradılması” layihəsi
2 “Zəfər” Şəhid Ailələrinə Dəstək ictimai birliyi “Zəfər Andı” ədəbi-bədii kompozisiyası
3 “Azərbaycan Nəşriyyatları Assosiasiyası” ictimai birliyi Azərbaycan Ədəbiyyatı Beynəlxalq Arenada
4 Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası Baku Process Youth Simulation
5 “Azərbaycan Tələbə Gənclər Təşkilatları” İttifaqı CreART Mədəniyyət Klubları Şəbəkəsinin Dəstəklənməsi Proqramı 2
6 “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək ictimai birliyi Mədəni İrs Beynəlxalq Ustad Məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi
7 Tarix sahəsində Maarifləndirməyə Dəstək ictimai birliyi Rəqəmsal Mədəni İrs: QR Bələdçi Şəbəkəsinin Yaradılması
8 “Qeyd” Sosial Maarifləndirmə ictimai birliyi Qarabağ Mədəniyyət Xəritəsi – Hər Rayonun Öz Səsi
9 “Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” ictimai birliyi “Mədəniyyət Vasitəsilə Davamlı Sülh Yaradaq!” Beynəlxalq Forum
10 “Mədəni İnkişafın Təbliği” ictimai birliyi Maarifləndirici təşəbbüslər çərçivəsində “Dəyərlərimiz – vəhdətimiz: Multikulturalizm”
11 “Birgə və Sağlam” ictimai birliyi Autizmli gənclərin zəfər sədası
12 Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi ictimai birliyi Elektron kitabxana xidmətlərinin təbliği ilə mütaliə mədəniyyətinin stimullaşdırılması və inkişafı layihəsi
13 “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası ictimai birliyi Azərbaycan Mədəniyyətinin İnsan Kapitalının İnkişafı
14 “Azəri-Türk” Qadınlar Birliyi ictimai birliyi Türk Dövlətləri ilə Mədəniyyət Körpüsü: Bakı Forumu 2025
15 “İpək Yolu” Mədəni və Tarixi Araşdırmalar ictimai birliyi Azərbaycan mədəniyyətində Zəngi tayfalarından qalmış ənənələr və yurdlar
16 İRƏLİ ictimai birliyi “Qərbi Azərbaycan İrsini Tanı” layihəsi
17 “Dədə Ələsgər Ocağı” ictimai birliyi Azərbaycan mədəniyyətinin müasir rəqəmsal alətlər vasitəsilə təbliği üçün multifunksional veb-platformanın yaradılması
18 “Bir Könüllü” tələbələrin əməkdaşlığı ictimai birliyi “Gənclər sülh naminə mədəniyyətlərarası dialoqda” Bakı Forumu
19 İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək ictimai birliyi Həqiqi Hekayə: Qarabağda Qafqaz Albaniyasının Xristian İrsi
20 “Alternativ” Kommunikasiya və Tədqiqatlar ictimai birliyi Bookline (book online) – Rəqəmsal Kitab Klubu və Mütaliə Platforması
21 “Azərbaycan Türk Ocağı” ictimai birliyi “Övraqi-nəfisə” jurnalının nəşri
22 “Savalan” Tarixi Araşdırmalar ictimai birliyi “Qərbi Azərbaycanda erməni vəhşiliyi: sənədlərin dili ilə”
23 “Gəncə Sahibkar Qadınlar” ictimai birliyi “İrsdən İnnovasiyaya: Gənclərin mədəni fəaliyyətinin inkişafına dəstək”
24 “Aydınlar Ocağı” humanitar ictimai birliyi Bir kəndin taleyi
25 Soyqırım Həqiqətlərinin Tanıdılması ictimai birliyi “Zəngin İrs, Güclü Gələcək”
26 Səssiz Ünsiyyət Jest Dilinin İnkişafına Dəstək ictimai birliyi “Səssiz Sözlər – Eşitmə və Nitq Məhdudiyyətli Şəxslər üçün Mütaliə və Mədəniyyət Platforması”
27 Gənclərin Sosial-iqtisadi və mədəni inkişafına dəstək ictimai birliyi Gənclər arasında Qərbi Azərbaycanın tarixi-mədəni irsinin təbliği
28 “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi ictimai birliyi Mədəni nəsil-Davranış kodu
29 Dünya Gənc Türk Yazarlar ictimai birliyi Ədəbi irsimiz-ədəbi gəncliyimiz
30 “Media və Mülki Cəmiyyət” ictimai birliyi “Dilimizin milli kimliyimizdə rolu: Azərbaycan dilinin mədəniyyət missiyası”
31 “Elm və Təhsildə İnkişaf” ictimai birliyi “Azərbaycan Səfəvilər dövlətinin tarixi Florensiya Dövlət arxivinin sənədlərində adlı toplunun nəşri”
32 Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım ictimai birliyi Mirzə Qədim irsinin işığını paylaşaq
33 Çapar - Milli İrsin Tədqiqi Mərkəzi ictimai birliyi “Qərbi Azərbaycandan köçlər və qərbi azərbaycanlı mühacirlərin irsi”
34 İrs - Gənclərin Maarifləndirmə və Təbliğat Mərkəzi ictimai birliyi Azərbaycanın mədəni-maarifçilik irsi Vikipediyada
35 Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi ictimai birliyi Yerli mədəni irs obyektlərinin toplanması, foto və video arxivin yaradılması və xəritəsinin hazırlanması
36 “Cığır” mənəvi dəyərlərin inkişafına dəstək ictimai birliyi Milli-Mənəvi Dəyərlər və Mədəni İrsin Təbliği
37 Azərbaycan Gənc Müəllimlər Assosiasiyası ictimai birliyi Unudulmaz izlər: Qərbi Azərbaycanın Mədəni İrsinə səyahət
38 “Sosial-İqtisadi və Ekoloji İnkişaf” ictimai birliyi Mədəni davranış – Mədəni cəmiyyət
39 Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə ictimai birliyi Tələbə - gənclər arasında milli kimlik və milli-mənəvi dəyərlərin innovativ və interaktiv yanaşmalarla təbliği
40 “İnsan Hüquqlarının Təşviqi Mərkəzi” ictimai birliyi Mədəni irsin qorunması sahəsində qanunvericilik və tədris
41 “Azərbaycan Animasiya Assosiasiyası” ictimai birliyi 9-cu ANI·MAFI·LM Beynəlxalq Animasiya Festivalı
42 Ümidli Gələcək Sosial Təşəbbüslər ictimai birliyi “Azərbaycanda Gənclərə Yaradıcılıq Bacarıqlarının Öyrədilməsi məqsədilə Dosmetika.org Beynəlxalq onlayn kurs platformasının istifadəsinin davamlılığının təmini – II MƏRHƏLƏ”
43 Təhsilli Gələcək Təhsilin inkişafı ictimai birliyi Ənənədən trendlərə: milli motivlər ilə müasir dəb
44 Gənc Film İstehsalçıları Assosiasiyası ictimai birliyi Sənədli kino uşaq dünyası və ekoloji düşüncənin inkişafı naminə
45 “Zəngi - Tarixi İrsin Öyrənilməsi” ictimai birliyi “Qərb Azərbaycan mədəni irsinin rəqəmsallaşdırılması: Sərdar sarayına virtual ekskursiya”
46 Mədəni Əlaqələrin İnkişafına Dəstək ictimai birliyi “Açıq səma altında Ağ pərdə” rəqəmsallaşan film irsi
47 Sosial və Psixoloji Tədqiqatlar Mərkəzi ictimai birliyi Kino əsərlərinin dialoqu: Gənc kino xadimləri ilə təlim proqramı (Sənin adın Nəsimi)
48 Gilavar Foto Klubu ictimai birliyi İRS mobil tətbiqinin hazırlanması
49 Universitet Təhsilli Qadınlar ictimai birliyi “Ulduzlar Altında İncəsənət: Şamaxı Creative Camp”
50 Hüquqi Tədqiqatlar Mərkəzi ictimai birliyi Əqli mülkiyyət hüququ sahiblərinin məlumatlandırılması
51 Biz Bir Ailəyik Əlilliyi olan şəxslərə dəstək ictimai birliyi “İnklüziv Yaradıcı Sənətlər Festivalı”
52 Öndə Gənclər ictimai birliyi “Tanıt” layihəsi
53 Müasir Qadın və Cəmiyyət ictimai birliyi “Yaddaşın kodları - Qarabağdan Göyçəyə” - Süni intellekt, artırılmış reallıq texnologiyalarını tətbiq edərək “Qarabağ və Qərbi Azərbaycanın mədəni və qeyri-maddi obyektlərini vizual əks etdirən innovativ rəqəmsal kitabların hazırlanması”
54 Region Gənclərinin İnkişafına Töhfə ictimai birliyi Bacarığımızı birgə inkişaf etdirək!
Seçilən
22
5
qht.az

6Mənbələr