AZ

Suriyada İŞİD-ə qarşı əməliyyat keçirilir

Suriya keçid hökumətinin təhlükəsizlik qüvvələri Palmirada Suriya-ABŞ birgə patruluna edilən hücuma cavab olaraq terrorçu İŞİD qruplaşmasına qarşı əməliyyata başlayıb.

KONKRET.az Globalinfo.az-a istinadən xəbər verir ki, əməliyyat Suriyanın şərq və cənub-şərq hissələrindəki səhrada gizlənən silahlılara qarşı yönəlib.

Qeyd edək ki, ötən gün Palmirada İŞİD ilə əlaqəli silahlı şəxs iki ABŞ hərbçisi və bir amerikalı mülki tərcüməçini öldürüb.

Seçilən
38
3
konkret.az

9Mənbələr