AZ

Messinin səfərini təşkil edən şəxs saxlanıldı - Ödənişlər qaytarılacaq

Xəbər verdiyimiz kimi, futbol ulduzu Lionel Messinin Hindistana səfəri qalmaqalla yadda qalıb.

Bizim.Media xəbər verir ki, Kəlkətə şəhərində onun iştirakı ilə keçirilən tədbir zamanı azarkeşlər gözləntilərinin doğrulmamasına etiraz ediblər.

TASS-ın məlumatına görə, baş verən hadisələrlə əlaqədar Hindistan polisi tədbirin əsas təşkilatçısı Satadru Duttanı saxlayıb və onun həbs olunacağını bildirib.

Həmçinin qeyd edilib ki, satılan biletlərin pulu azarkeşlərə geri qaytarılacaq.

Bizim.Media

Seçilən
6
4
bizim.media

6Mənbələr