İngiltərə Premyer Liqasının XVI turunda “Nottingem Forest” öz meydanında “Tottenhem”i qəbul edib.
90deqiqe.Az-ın məlumatına görə, “Siti Ground” stadionunda keçirilən görüşdə meydan sahibləri rəqibini 3:0 hesabı ilə məğlub edib.
29-cu dəqiqədə “Nottingem Forest”in hücumçusu Kallum Hadson-Odoi İbrahim Sangarenin ötürməsindən sonra hesabı açıb. 50-ci dəqiqədə Hadson-Odoi ikinci dəfə fərqlənib və dubllu edib. 79-cu dəqiqədə isə Sangare Hadson-Odoinin ötürməsindən sonra hesabı 3:0-a çatdırıb.
Bu qələbə ilə “Nottingem Forest” 16 turdan sonra 18 xala sahib olaraq 16-cı pillədə qərarlaşıb. “Tottenhem” isə 22 xalla 11-ci sıradadır.