AZ

Azərbaycanın daha 2 boksçusu Avropa çempionatında yarımfinala vəsiqə qazanıb

Bakı. Trend:

Almaniyanın Keinbaum şəhərində yeniyetmə boksçular arasında U-17Avropa çempionatında 1/4 final mərhələsinə yekun vurulub.

Trend-inməlumatına görə, mərhələnin son günündə Azərbaycan millisinin daha2 idmançısı yarımfinala vəsiqəni təmin edib.

Gülər Hüseynova (48 kiloqram) Maria Spennato (İtaliya) ilədöyüşüb. Boksçumuz rəqibinə ikinci raundda tam üstünlüklə qalibgəlib. O, yarımfinalda Serana Mali (İngiltərə) ilə üz-üzəgələcək.

Şahin Aslanov (60 kiloqram) da 1/4 final döyüşünü öz xeyrinəbitirib. O, bu dəfə İvaylo Kolevi (Bolqarıstan) məğlub edib – 4:1(30:27, 30:27, 30:27, 30:27, 28:29). Boksçunuzun finala gedən yoldarəqibi Ceyson Maher (İrlandiya) olacaq.

Beləliklə, yarımfinalda iştiraklarını rəsmiləşdirməklə özləriüçün bürünc medalı təmin edən boksçularımızın sayı 4-ə yüksəlib.Daha öncə Qardaş Rəhimovla (46 kiloqram) Şükar Əliyev (75 kiloqram)də bu hüquqa yiyələniblər.

Qeyd edək ki, yarımfinal döyüşləri dekabrın 15-də olacaq.

Seçilən
81
12
az.trend.az

10Mənbələr