AZ

Bir ömür işlə, böyüd və sonda səni övladların öldürsün

ain.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müğənni Xuraman Şuşalı müğənni Güllünün qızı Tuğyan Ülkem Gülter tərəfindən öldürülməsinə reaksiya verib. 

Axşam.az xəbər verir ki, bununla bağlı paylaşım edən Xuraman bunları yazıb:

"Allah övladın da xeyirlisini versin. Şokdayam. Bir ömür işlə, böyüd və sonda səni övladların öldürsün".

Qeyd edək ki, Güllü bir müddət əvvəl evinin eyvanından yıxılaraq dünyasını dəyişib. Daha əvvəl Güllünün ölümündə təqsirli olduğu iddia edilən oğlu açıqlama yayaraq anasının intihar etməsi və ya bu işdə əli olmasını təkzib etmişdi. Bundan sonra onun qızı Güllünün ölümündə şübhəli bilinir.

Qəsdən adam öldürməkdə şübhəli bilinən Tuğyan və onun yaxın dostu Sultan Nur Ulu hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
76
1
axsam.az

2Mənbələr