Qusardakı yol qəzasında ölən və xəsarət alanların kimliyi məlum olub.
"Far.Az"un Şimal bürosunun məlumatına görə, rayonun Yuxarı Ləyər kəndində KİA markalı minik avtomobilinin idarəetmədən çıxaraq dərəyə aşması nəticəsində sərnişinlər; 36 yaşlı Tamilla Ramaldanova və 43 yaşlı Cəmilə Bağırova hadisə yerində ölüblər.
Qəza zamanı sürücü, 1962-ci il təvəlludlü Fariza Vladimirovna - Ramaldanova, sərnişinlər; 2022-ci il təvəllüdlü Arman və Adam Qoşqar oğlu Rəhimovlar (əkizlər) və 2017-ci il təvəlludlü Rüstəm Qoşqar oğlu Rəhimov xəsarət alıblar.
Yaralılar Qusar rayon Mərkəzi Xəstəxanasına çatıdırılıblar.
Qeyd edək ki, qəzaya uğrayanlar Bakı şəhər sakinləridirlər və bir ailənin üzvləridir.
Hadisə ilə bağlı araşdırma aparılır.
Qusar rayonu, Yuxarı Ləgər kəndində yol-nəqliyyat hadisəsi baş verib.
"Far.Az" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumatla əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qusar rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən KİA markalı minik avtomobilinin idarəetməni itirərək dərəyə aşdığı və vətəndaşın nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.
Yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildə köməksiz vəziyyətdə qalan 1 nəfər qadın xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Hadisə nəticəsində 2 nəfər həyatını itirib, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.