Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.
Son vaxtlar Ermənistanda internet bağlantısında ardıcıl nasazlıqlar və keyfiyyət problemləri müşahidə olunur.
Musavat.com xəbər verir ki, bu vəziyyətin konkret səbəbləri ilə bağlı nə rəsmi qurumlar, nə də sahəyə cavabdeh şəxslər aydın mövqe ortaya qoyur.
Mütəxəssislərin bir hissəsi istisna etmir ki, internet kabellərinin yeraltı çəkilməsi onları müxtəlif risklərə açıq edir. Xüsusilə tikinti və infrastruktur işləri zamanı kabellərin zədələnməsi ehtimalı real hesab olunur. Digər versiyaya görə isə, Ermənistan–Gürcüstan sərhədi istiqamətində texniki nasazlıqlar yaranmış ola bilər.
İnternetdəki kəsintilər yalnız bir səbəblə izah olunmur və problemin kökü həm daxili texniki çatışmazlıqlarda, həm də regional bağlantı xətlərindəki risklərdə ola bilər.
Qeyd olunur ki, hazırda ölkənin üç ən böyük mobil operatoru şəbəkələrin yenidən qurulması və modernləşdirilməsi üzrə genişmiqyaslı işlər aparır. Bu proses də müvəqqəti texniki problemlərə yol aça bilər.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.