AZ

O, Rusiya ilə bağlı bu sözünə görə vəzifədə qalmayacaq Orban

Axar.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Macarıstanın Baş naziri Viktor Orban NATO-nun Baş katibi Mark Ruttenin Rusiya ilə mümkün münaqişə ilə bağlı açıqlamalarından sonra vəzifəsində qalacağına şübhə ilə yanaşdığını bildirib.

Axar.az xəbər verir ki, o, bu barədə “Mandiner” portalına verdiyi müsahibədə bildirib.

"Mark Ruttenin sözləri narahatedicidir, çünki onlar keçmiş müharibənin dəhşətlərini xatırlatmaqla yanaşı, ABŞ-ın dediklərinə də ziddir. Sual budur ki, ABŞ prezidenti Donald Tramp bu barədə nə deyəcək və NATO-nun Baş katibi hələ də öz vəzifəsində qalacaqmı?" - deyə Orban bildirib.

Orbanın sözlərinə görə, blok daxilində görünməmiş bir vəziyyət"yaranıb, burada ABŞ sülh istəyir, Avropa isə müharibədə israr edir.

Qeyd edək ki, M.Rutte Rusiyanın Ukraynadan sonra növbəti hədəfinin Avropa ölkələri olacağını bildirib. O, Rusiyanın beş il ərzində Rusiyaya hücum edəcəyini iddia edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
111
1
axar.az

2Mənbələr