ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İngiltərə Premyer Liqasının 16-cı turunda “Kristal Pelas” Londonda “Mançester Siti”ni qəbul edib.
İdman.Biz xəbər verir ki, “Selhurst Park” stadionunda keçirilən qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçın 41-ci dəqiqəsində norveçli hücumçu Erlinq Holand hesabı açaraq “Mançester Siti”ni irəli çıxarıb. 69-cu dəqiqədə Filip Foden fərqi iki topa çatdırıb. Qarşılaşmanın sonuna yaxın, 89-cu dəqiqədə Holand penaltini dəqiq yerinə yetirərək dubla imza atıb.
Bu qələbə “Mançester Siti”yə xallarının sayını 34-ə çatdırmağa imkan verib. Eyni sayda oyun keçirən lider “Arsenal”dan fərq iki xaldır. “Kristal Pelas” isə 16 oyundan sonra 26 xalla turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb.
İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.