
Avstraliyanın Sidney şəhərində Bondi çimərliyində baş vermiş terror aktı ilə əlaqədar daha iki nəfər saxlanılıb.
AFN.az xəbər verir ki, bu barədə "The Sydney Morning Herald" qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, hüquq-mühafizə orqanları şəhərin cənub-qərbində yerləşən Bonniriqqa rayonunda bir evdə aparılan axtarışlardan sonra iki kişini həbs ediblər.
Bildirilib ki, Yeni Cənubi Uels ştat polisinin iğtişaşlara qarşı bölməsinin əməkdaşları onları hücumda iştirak edən şəxslərdən birinə məxsus evdə aşkarlayıblar.
Araşdırma davam etdirilir.