AZ

“Qarabağ”dan darmadağın Nəriman Axundzadə qol vurub

Yeniavaz portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Qarabağ” “Araz-Naxçıvan”la üz-üzə gəlib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, son vaxtlar tənqid hədəfində olan Nəriman Axundzadə bu qarşılaşmada fərqlənərək komandasının ikinci qolunu vurub. Hücumçu 41-ci dəqiqədə hesabı 2:0-a çatdırıb. Matçda hesabı açan futbolçu isə Toral Bayramov olub.

İkinci hissədə Qurban Qurbanovun komandası daha 3 qol vurub. Oyun 5:1 hesabı ilə başa çatıb. “Qarabağ”ın qollarını Montiel (57-pen), Leandro Andrade (72) və Toral Bayramov (90+5-pen) vurub. “Araz-Naxçıvan”ın yeganə qolununun müəllifi  Ramon Maçado (76-pen) olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
119
yeniavaz.com

1Mənbələr