AZ

İspaniya La Liqqası: “Sevilya” La Liqada “Ovyedo”nu darmadağın etdi VİDEO

Idman.biz portalından verilən məlumata əsasən, ain.az bildirir.

İspaniya La Liqasının 16-cı turu çərçivəsində “Sevilya” və “Ovyedo” komandaları üz-üzə gəlib. Qarşılaşma “Sevilya”nın 4:0 hesablı inamlı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, matçın taleyini həll edən qolların ilki dördüncü dəqiqədə vurulub. Hesabı Akor Adams açıb. 22-ci dəqiqədə Cibril Sou fərqi iki topa çatdırıb. İkinci hissənin əvvəlində, 51-ci dəqiqədə Batista Mendi üçüncü qolu vurub.

“Ovyedo”nun vəziyyəti 83-cü dəqiqədə daha da çətinləşib. David Karmu iki sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Matçda son nöqtəni isə 89-cu dəqiqədə Çidera Eçuke qoyub – 4:0.

Bu qələbədən sonra “Sevilya” 20 xalla İspaniya çempionatının turnir cədvəlində 8-ci pilləyə yüksəlib. “Ovyedo” isə 10 xalla 19-cu yerdə qərarlaşıb.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
33
1
icma.az

2Mənbələr